Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs verdilər - YENİLƏNDİ
Daxili siyasət
01.09.2024 10:04
Sentyabrın 1-də Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli
orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.
TodayPress xəbər verir
ki, Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq
kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Sonra birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs verdilər.
Qeyd edək ki, Bakı şəhərinin
7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 579 seçici
qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 8 namizəd mübarizə aparır.
tag: Prezident, İlham Əliyev,Seçki, Parlament,Milli Məclis,Qanunvericilik, todaypress.az,