Prezident İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak etdi - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 22:23
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in
açılışında iştirak edib.
TodayPress xəbər verir ki, “Oskad”
şirkətinin İdarə Heyətinin sədri Oğuz Kadıoğlu dövlətimizin başçısına hoteldə
yaradılan şərait barədə məlumat verib.
Bildirildi ki,
“City Hotel” Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub. Hotelin binası 5
mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130
otaq vardır. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci
mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Burada müxtəlif
tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldəki
restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də
asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır.
Diqqətə çatdırıldı ki, hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. “City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.
Qeyd edək ki,
işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar
təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir.
Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər
növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm
potensialının səmərəli istifadəsi, regionun rəqabətqabiliyyətli turizm məkanına
çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir.
***
14:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.
tag: Prezident, İlham Əliyev ,Ağdam, Aghdam City Hotel ,Açılış, todaypress.az,