Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 21:41
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində
görülən bərpa işləri ilə tanış olub.
TodayPress xəbər verir ki,
dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki,
Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən
biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident
İlham Əliyev tərəfindən qoyulub.
Bildirilib ki,
Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093
nəfərin məskunlaşdırılması planlaşdırılıb.
Layihələndirilən ümumi
ərazi 418 hektardır. Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə
alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq
sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi
evin tikilməsi planlaşdırılır.
Qeyd olunub ki,
kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb.
Kənddə 719
fərdi evin torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri
tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Həmçinin kənddə
mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.
Eyni zamanda,
10 qeyri-yaşayış binası üzrə torpaq və bünövrə işləri tamamlanıb. Həmçinin bu
binalarda dəmir-beton və hörgü işləri aparılmaqdadır.
Diqqətə çatdırılıb
ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait
yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı
müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı
sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.
Dövlətimizin
başçısı kənddə hazır evlərə baxıb.
***
15:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.
tag: Azərbaycan ,Prezident ,İlham Əliyev ,Xıdırlı ,Bərpa İşləri ,todaypress.az,