Prezident iki rayonun icra başçısını vəzifəsindən azad etdi
Daxili siyasət
17.09.2024 16:37
Sevindik Hətəmov Salyan Rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Rüstəm Gülabba oğlu Xəlilov isə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Rüstəm Gülabba oğlu Xəlilov isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
tag: Prezident, İlham Əliyev,Sərəncam, Hacıqabul,İcra Hakimiyyəti, todaypress.az,