Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - YENİLƏNDİ - FOTOLAR
Daxili siyasət
17.10.2024 13:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı
görülən işlərlə tanış oldu.
TodayPress xəbr verir ki, Prezidentin köməkçisi
Anar Ələkbərov dövlətimizin başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə
gətirilməsi barədə məruzə etdi.
Qeyd edildi ki, ərazidə icra edilən
tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin
sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi
planlaşdırılır.
Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində
baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində
atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verildi.
Dövlətimizin başçısı ərazidə yaradılmış
infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində
icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən
qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər
sahələrdə görülən işlərlə yaxından tanış oldu.
Azərbaycan Prezidentinə COP29 Yaşıl Zonada görülən
işlər barədə də geniş məruzə edildi.
Dövlətimizin başçısı Media Mərkəzinə də baxdı.
Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili
üçün hərtərəfli şərait yaradılır. Bildrildi ki, konfransın işıqlandırılması
üçün bugünə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda
media nümayəndəsi akkreditasiyadan keçib.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı
tapşırıq və göstərişlərini verdi.
***
12.32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı
görülən işlərlə tanış olub.
tag: COP29 ,Azərbaycan ,Prezident, İlham Əliyev ,Hazırlıq ,todaypress.az,