Prezident Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ - FOTO
Daxili siyasət
30.10.2024 11:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
TodayPress xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov dövlətimizin başçısına burada həyata keçirilən abadlıq və yenidənqurma
işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verdi.
Paytaxtımızın
daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər
yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam
etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə
əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır.
Bildirildi
ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili
üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək
müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma,
işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə
zonası yaradılıb.
Qeyd edək ki,
son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq
Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır.
Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir
parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi
memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi
ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə də yeni parkların və yaşıllıq
zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun
yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində
həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nəsimi rayonu ərazisində yeni
salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin
istirahəti baxımından əhəmiyyətlidir. Yeni parkının salınması gələn ay COP29-a
ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.
***
10.01
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi
rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində
yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni
salınan parkda yaradılan şəraitlə tanış olub.
tag: Azərbaycan, Prezident, İlham Əliyev,Park, Nəsimi, todaypress.az,