Prezident Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNDİ - FOTO
Daxili siyasət
31.10.2024 11:55
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
TodayPress xəbər verir ki, rəqəmsal
inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Bakı Metropoliteni” Qapalı Səhmdar
Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına qatarlar barədə məlumat
verdilər.
Bildirildi ki, “Qlobalnıye
Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış
müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar
tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub.
Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә
20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal
edilməlidir.
Diqqətə çatdırıldı ki, “81-765
Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәsilә mәnsubdur.
Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub
vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir.
Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş
standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab
verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır. Bakı
metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi,
geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk
tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə,
istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib.
Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların
birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә, vaqonların yüksәk keyfiyyәt
standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması
nәzәrdә tutulub.
Vaqonların Bakıda yığılaraq
komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә
Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib.
Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329
sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var.
Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz
daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün
çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin
mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq
qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik
izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona
birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya
gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq
işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr
tәmin edilәcәk.
Dövlətimizin başçısı Bakıda
komplektləşdirilən qatarların vaqonlarına baxdı.
Qeyd edildi ki, yeni qatarlar
nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından
sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.
***
10.06
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 31-də "Bakı Metropoliteni" QSC-nin
Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
tag: Azərbaycan, Prezident, Bakı,Bakı Metropoliteni,Metro,İlham Əliyev, todaypress.az,