Prezident Azərbaycanın D8-ə namizədliyinə dəstək verən ölkələrə təşəkkür etdi
Daxili siyasət
19.12.2024 20:05
“Bu gün Qahirədə
İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın
təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya,
Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü
bildirirəm".
TodayPress xəbər verir ki, bu barədə Prezident
İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı
"X" səhifəsində paylaşımında deyilir.
"Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə
səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.
Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə
yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar
qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.
Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər
ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin
gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir” paylaşımda bildirilir.
tag: İlham Əliyev, Prezident,D-8, Təşəkkür,Zirvə Toplantısı,todaypress.az,