Prezident: Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır
Daxili siyasət
07.01.2025 22:02
İndi heç kimə sirr deyil
ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin
başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq.
TodayPress xəbər
verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya
kanallarına müsahibəsində səsləndirib.
İkinci Dünya
müharibəsindən sonra yaranmış sistemin artıq öz potensialını itirdiyini
bildirən dövlətimizin başçısı vurğulayıb ki, bunu bir çox yerlərdə gedən
proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. “Eyni zamanda,
aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu
gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin
seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq
tükənib” deyə Azərbaycan Prezidenti əlavə edib.
tag: İlham Əliyev, Prezident, Tv, Müsahibə, Qərb,Siyasi, todaypress.az,