Prezident Ağdamda 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış oldu - YENİLƏNDİ

Daxili siyasət

18.02.2025 16:51

2864

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.

TodayPress xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.

Qeyd edildi ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.


xxx


15:06


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.

tag: Azərbaycan,İlham Əliyev ,Mehriban Əliyeva,Ağdam,Uşaq bağçası,todaypress.az,