Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 21:32
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi
avtomobil yolunda görülən işlərlə tanış olub.
TodayPress xəbər verir ki,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh
Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki,
Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə
Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri
sürətlə davam etdirilir.
Bildirilib ki,
uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların
tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi
asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir
göstərəcək.
Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.
***
15:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub.
tag: Azərbaycan ,Prezident ,İlham Əliyev ,Xocalı, Xankəndi,todaypress.az,