Papanın vəfatı ilə bağlı Bakıda katolik kilsəsində başsağlığı kitabı açıldı

Daxili siyasət

22.04.2025 11:36

15

Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb. 

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev məlumat yayıb. 

O qeyd edib ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür. 

Xatırladaq ki, Roma Papası Fransiskin martın 21-də 89 yaşında vəfat edib. 

tag: Bakı,Müqəddəs Məryəm,Kilsə,Kitab,Todaypress.az,