Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutuldu

Daxili siyasət

19.03.2025 20:45

1369

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

tag: Müdafiə Nazirliyi,Ermənistan, Azərbaycan,Atəş, todaypress.az,