Ölüm hökmü bərpa edilsin – Deputatdan təklif
Daxili siyasət
25.06.2024 11:44
“Məlum olduğu kimi, dünən Xəzər rayonunda 3 polis əməkdaşı axtarışda olan cinayətkar tərəfindən qətlə yetirildi. Heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.
TodayPress-in məlumatına görə, bunu deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, cinayətkarlıqla mübarizədə daha sərt addımların atılması zəruridir:
“Düşünürəm ki, əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var.
Sonda bir məqama da diqqət çəkmək istəyirəm. İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd ki, proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir.
Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur” deyə o əlavə edib.
tag: Ölüm, Hökm, Ceyhun Məmmədov, Polis, Xəzər, todaypress.az,