Ölkə başçısı: Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir
Daxili siyasət
07.01.2025 22:41
Ermənistanın silahlanması,
sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh
istəyirik.
TodayPress xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya
kanallarına müsahibəsində söyləyib.
Ermənistanın
faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlətimizin
başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir.
Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik
ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar.
Ölkəmizin faşist
dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan
Prezident bildirib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan
rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
tag: Prezident, İlham Əliyev, Televiziya, Ermənistan, Faşist, Müsahibə, todaypress.az,