Olimpiya və paralimpiya çempionları ilə bağlı PREZİDENT FƏRMANI
Daxili siyasət
24.07.2024 16:26
Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.
TodayPress-in xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Bundan əvvəl Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği 1300 (min üç yüz) manat məbləğində olub.
Dövlət başçısının digər Fərmanı ilə, Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib.
Təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
tag: Prezident, İlham Əliyev, Fərman, Olimpiya, Azərbaycan, todaypress.az,