Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Daxili siyasət

07.03.2025 13:44

2798

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişir.

TodayPress xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq məlumatları könüllü təqdim etmə mexanizmi bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

tag: Nisyə,Alqı,Satqı,Qanun,Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.az,