Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Daxili siyasət

04.09.2024 20:45

Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

 

TodayPress xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

tag: Azərbaycan, Ermənistan, Atəşkəs,Naxçıvan,Müdafiə Nazirliyi,todaypress.az,