Müşfiq Ələsgərli: “Dezinformasiya ilə bağlı qanun hazırlanmalıdır”
Daxili siyasət
11.10.2024 12:50
"Dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər genişləndirilməlidir".
TodayPress xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bunu “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda bildirib.
O, diqqətə çatdırıb ki, son vaxtlar dezinformasiyaların qarşısının alınması üçün tətbiq olunan mexanizmlərin özündə problem yanır:
"Bu gün legitim mənbələrin özləri də problem yaradır. Amerikada gün ərzində siyasi mərkəzlər tərəfindən 10-dək dezinformasiya yayılır. Bu "fake" xəbərin içində ən ciddisi hesab olunur.
Dezinformasiyalara məruz qalan ölkələr arasında Azərbaycan ön sıralarda yer alır. Bunu başda Ermənistan və Cənubi Qafqazda maraqları olan dövlətlər həyata keçirirlər".
Müşfiq Ələsgərli diqqətə çatdırıb ki, Avropanın bir sıra ölkələrində, Fransa və Almaniyada artıq dezinformasiya ilə bağlı qanun var. Dezinformasiya ilə mübarizədə ayrı-ayrı inzibati qurumlar formalaşdırılır. Konkret bir model yoxdur. Hər bir ölkə bunu özünə uyğunlaşdırır. Bizdə də artıq buna diqqət yetirilməlidir.
Onun sözlərinə görə, media və informasiya savadlılığının artırılmasına xüsusi diqqət ayrılmalıdır.
Günəş Mərd
tag: Dezinformasiya,Mətbuat,Fake,Xəbər,Müşfiq Ələsgərli ,todaypress.az,