MSK: “Sosial şəbəkədə yayılan görüntülərə baxmışıq”

Daxili siyasət

09.09.2024 17:10

“Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birlikdə sosial şəbəkədə yayılan görüntülərə baxmışıq”.

TodayPress xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.  

O, bildirib ki, parlament seçkiləri ilə əlaqədar 508 görüntü tirajlanıb: 

“Görüntülər 25 dairədən 49 məntəqəni əhatə edir".

MSK sədri Məzahir Pənahov isə 6478 məntəqənin cəmi 49-da belə görüntülərin olduğunu qeyd edib.

tag: MSK, Seçkilər,Namizəd, Sədr, Məzahir Pənahov, todaypress.az,