MSK sədri seçicilərin sayını açıqlandı
Daxili siyasət
31.08.2024 13:30
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında seçicilərin sayını açıqlayıb.
TodayPress xəbər verir ki, MSK sədrinin sözlərinə görə, ölkədə 6 421 960 nəfər seçici var.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı isə 374 nəfərdir.
MSK sədri seçki məntəqələrinin sayı barədə də məlumat verib. Bildirib ki, 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.
tag: Seçki,Mərkəzi Seçki Komissiyası ,Məzahir Pənahov ,Seçici, Say, todaypress.az,