Milli Məclisin Hesablayıcı komissiyasına sədr seçildi
Daxili siyasət
03.02.2025 17:38
Milli Məclisin yenidən formalaşdırılan Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
TodayPress xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.
tag: Milli Məclis,Hesablayıcı komissiya,Eldar Quliyev,Səbinə Salmanova,todaypress.az,