Məzahir Pənahov: "İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək"
Daxili siyasət
20.01.2025 12:41
"Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb".
TodayPress xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, seçki zamanı biokameralar fəaliyyət göstərəcək.
"Xarici müşahidəçilərlə bağlı müraciət qeydə alınmayıb" deyə MSK sədri vurğulayıb.
Məzahir Pənahov diqqətə çatdırıb ki, seçkilərin bütün nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq.
MSK sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək.
tag: MSK, Bələdiyyə seçkiləri, Mərkəzi Seçki, Daxili Siyasət,todaypress.az,