Mehriban Əliyeva üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik etdi
Daxili siyasət
08.09.2024 01:08
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay
Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
TodayPress paylaşımı təqdim edir:
"Raman Saleyin “Paris-2024” Yay Paralimpiya
Oyunlarında 3-cü medalı! Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan
azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm!
Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər
arzulayıram".
tag: Paris-2024, Mehriban Əliyeva, Vitse-Prezident, Bürünc,todaypress.az,