Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım etdi

Daxili siyasət

30.03.2025 09:09

2677

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

TodayPress xəbər verir ki, paylaşımda qeyd olunub:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".

tag: Azərbaycan,Mehriban Əliyeva,Ramazan,Bayram,Təbrik,todaypress.az,