Mehriban Əliyeva Qaşım Maqomedovu təbrik etdi
Daxili siyasət
08.08.2024 10:18
Birinci vitse-prezident Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib.
TodayPress xəbər verir ki, paylaşımda deyilir:
“Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”
tag: Mehriban Əliyeva, Yay Olimpiya Oyunları, Qaşım Maqomedov, Taekvando, Təbrik, todaypress.az,