Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik etdi

Daxili siyasət

31.08.2024 09:20

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

TodayPress paylaşımı təqdim edir:

“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.

tag: Mehriban Əliyeva ,Təbrik, İdman ,İmaməddin Xəlilov, Azərbaycan, todaypress.az,