Mehriban Əliyeva Paralimpiya Oyunlarında növbəti dəfə medal qazanan Raman Saleyi təbrik etdi
Daxili siyasət
04.09.2024 22:03
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin
“Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı
paylaşım edib.
TodayPress paylaşımı
təqdim edir:
“Raman Saleyin
növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin,
güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü
səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər
arzulayıram!”.
Xatırladaq ki,
Raman Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə
üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1:00:67 dəqiqə nəticə ilə çataraq
ikinci olub və gümüş medal qazanıb.
tag: Mehriban Əliyeva, Vitse-Prezident, Raman Saley,Bürünc Medal,todaypress.az,