Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik etdi
Daxili siyasət
05.09.2024 22:25
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun
“Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı
paylaşım edib.
TodayPress paylaşımı təqdim edir:
“Azərbaycan
paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc
mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər
arzulayıram!”.
Xatırladaq ki,
Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə
üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 dəqiqə nəticə göstərərək fəxri
kürsünün üçüncü pilləsinə qalxıb.
tag: Vəli İsrafilov, Paris-2024,Mehriban Əliyeva,Vitse-Prezident,todaypress.az,