Mehriban Əliyeva paralimpiya çempionu Səid Nəcəfzadəni təbrik etdi
Daxili siyasət
02.09.2024 15:00
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Paraatleti Səid Nəcəfzadənin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.
TodayPress paylaşımı təqdim edir:
“Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”.
tag: mehriban Əliyeva ,Yay Paralimpiya Oyunları, Qızıl Medal, Səid Nəcəfzadə, todaypress.az,