Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik etdi
Daxili siyasət
07.09.2024 14:55
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
TodayPress paylaşımı təqdim edir:
“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”.
tag: Mehriban Əliyeva ,Təbrik,Orxan Aslanov,Paris ,Yay Paralimpiya Oyunları, todaypress.az,