Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım etdi
Daxili siyasət
06.01.2025 21:13
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı paylaşım edib.
TodayPress xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad
bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün
xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm
cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca
Tanrı edilən bütün duaları qəbul etsin!"
tag: Vitse-Prezident, Mehriban ƏLiyeva,Xristian, Milad, Bayram, todaypress.az,