Məhkəmə hakimlərinin sayı açıqlandı

Daxili siyasət

28.02.2025 10:40

1425

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb.

TodayPress xəbər verir ki, bu barədə Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda məlumat verib. 

O qeyd edib ki, görülmüş tədbirlər nəticəsində ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb.

Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib.   

Qeyd edək ki, bu gün Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir.

tag: İnam Kərimov,Ali Məhkəmə,Hakim,Forum,Todaypress.az,