Maliyyə Nazirliyində yeni təyinatlar

Daxili siyasət

15.04.2025 18:07

26

Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

O, maliyyə nazirinin birinci müavini təyin edilib.

Prezidentin digər Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

tag: ƏƏSMN,Anar Kərimov,Sərəncam,Prezident,todaypress.az,