Leyla və Arzu Əliyevalar COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış oldular
Daxili siyasət
20.11.2024 21:22
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un Yaşıl Zonasındakı “Art
Pavillion”da təqdim edilən sərgi ilə tanış olublar.
TodayPress xəbər verir ki, əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev Mərkəzdə sosial cəhətdən həssas qrupların
yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər barədə məlumat
verib.
Bildirilib ki, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və
“DOST Evi” filialının həssas əhali qruplarına aid benefisiarları və
təlimçilərinin 50-dən çox əl işi nümayiş etdirilir.
Əl işləri sırasında yaşıl dünyaya, ətraf mühitin
mühafizəsinin, təbiəti qorumağın vacibliyinə həsr olunmuş sənət nümunələri də
yer alıb.
Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərdən ibarət
benefisiarlarının ifasında təqdim edilən konsert proqramını da izləyiblər.
Müslüm Müslümzadə, Səbinə Əsgərova, Xaliq Şərifov, Səməd
Novruzov, Nurlan Əhmədov, Fərid Abdullayev tərəfindən Azərbaycan və xarici ölkə
bəstəkarlarının əsərləri ifa olunub.
Təqdim edilən sərgi və konsert proqramı böyük maraqla
qarşılanıb.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf
və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə görüşərək onlarla söhbət edib,
xatirə şəkilləri çəkdiriblər.
tag: Leyla Əliyeva, Vitse-Prezident, Arzu Əliyeva, İDEA, todaypress.az,