Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak etdi
Daxili siyasət
19.11.2024 22:35
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva
“LU-MUN Holding” şirkətinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)
çərçivəsində təşkil olunan balıq körpələrinin suya buraxılışında iştirak edib.
TodayPress xəbər verir
ki, Yaşıl Zonada onlayn yayımlanan aksiya çərçivəsində 50 min nərə və Xəzər
qızılbalığı körpələri suya buraxılıb. Aksiya Neftçalanın Yenikənd kəndində
təşkil olunub.
Qeyd edək ki, həmin
tədbir endemik balıq növlərinin biomüxtəlifliyinin qorunmasına töhfə vermək
məqsədilə həyata keçirilib.
tag: Leyla Əliyeva, Yaşıl Zona, Balıq,İDEA, Vitse-Prezident, todaypress.az,