Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi
Martın 18-də Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Qubaya səfəri zamanı “Səkinə xanım” məscidini
ziyarət edib.
TodayPress xəbər verir ki, məscidin imamı
Hacıhəmdulla Dəniyarlı Leyla Əliyeva bu ibadət ocağı barədə məlumat verib.
Bildirilib ki, Quba şəhərindəki “Səkinə xanım” məscidi
Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı
Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.
Hündürlüyü 27 metr olan tarixi məscid dördbucaqlı
formadadır. 1930-cu illərdə məscid sovet hakimiyyəti tərəfindən bağlanaraq,
ətrafındakı mədrəsə və köməkçi binalar dağıdılıb. Daha sonra məsciddən anbar
kimi istifadə olunub. Bir müddət sonra isə burada tikiş sexi fəaliyyət
göstərib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bura
yenidən məscid kimi istifadəyə verilib. Məscid əsaslı şəkildə təmir olunub,
dəstəmazxana və digər köməkçi binalar inşa edilib.
Hazırda “Səkinə xanım” məscidi ölkə əhəmiyyətli tarixi
abidə kimi dövlət qeydiyyatındadır.
tag: Leyla Əliyeva, Vitse-Prezident, İDEA,Məscid, Səkinə Xanım, todaypress.a,