Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış oldu
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda
olub.
TodayPress xəbər verir ki, Leyla Əliyevaya
sinaqoqun tarixi barədə məlumat verilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq
üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun
içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz
şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin
keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.
Sovet dövründə məbəd anbar kimi istifadə olunub.
Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.
tag: Leyla Əliyeva, Vitse-Prezident, İDEA,Quba, Altı Günbəz, todaypress.az,