Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva martın 18-də Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət
edib.
TodayPress xəbər verir ki, muzeyin direktor müavini Naum
Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi.
Qeyd edildi ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi
sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini əks
etdirən eksponatlar sərgilənir.
Qarçaği sinaqoqunda yaradılan muzeydə Qafqazın müxtəlif
yerlərindən gətirilmiş milli geyimlər, ayin qabları, əlyazmalar, kitablar, XIX
əsrə aid antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.
Mövcudluğu ilə regionda Azərbaycanın tolerantlığının daha
bir təsdiqinə çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqələri və
multikulturalizmi təqdim edir.
tag: Leyla Əliyeva, Vitse-Prezident, İDEA, Dağ Yəhudi, Muzey, todaypress.az,