Kamran Əliyev yenidən Baş prokuror seçiləcək? - Müraciət edildi
Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimat Milli Məclisə daxil olub.
TodayPress xəbər verir ki, bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib.
Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti sabah başa çatır.
tag: Kamran Əliyev,Baş prokuror,Milli Məclis,todaypress.az,