İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur
Daxili siyasət
30.10.2024 22:15
Hazırda olan məlumata
əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında
azərbaycanlı yoxdur.
TodayPress
xəbər
verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oradakı
səfirliyimizə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki,
İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan
yağışları daşqınlara səbəb olub.
Təbii fəlakət
nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Daşqınlar nəticəsində
azı 72 nəfər həlak olub.
tag: ispaniya, Valensiya, Səfir, Ayxan Hacızadə, Daşqın, todaypress.az,