İnsan alverinə qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planı hazırlandı

Daxili siyasət

13.05.2025 10:27

24

İnsan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilib. 

TodayPress xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda əksini tapıb. 

Bildirilib ki, “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb (razılaşdırılma mərhələsindədir), habelə insan alverinə qarşı mübarizədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə “2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanaraq rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilib.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.az,