İndiyədək qayda pozuntuları ilə bağlı MSK-ya şikayət daxil olmadığı açıqlandı
Daxili siyasət
01.09.2024 14:30
“Azərbaycanda keçirilən
növbədənkənar parlament seçkiləri ilə bağlı indiyədək Mərkəzi Seçki
Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb”.
TodayPress xəbər verir
ki, bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində
jurnalistlərə bildirib.
Qeyd edək ki, parlament
seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda
seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125
seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində
keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat
8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
tag: MSK, Seçkilər,Namizəd,Parlament, todaypress.az,