İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNDİ - FOTO
Daxili siyasət
31.10.2024 13:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
TodayPress xəbər verir ki, dövlətimizin
başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli
“BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat
vasitələri təqdim edilib.
Rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat
verdi.
Bildirildi ki, Zığ Elektrik
Avtobus Parkının ümumi ərazisi 5,4 hektardır. Tutumu
210 elektrik avtobusu olan parkın ərazisində 60 şarj stansiyası mövcuddur.
Hazırda
avtobus parkı Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD”
markalı 160 avtobusdan ibarətdir.
Dövlətimizin
başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verildi.
Diqqətə
çatdırıldı ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 il, sərnişin
tutumu 83 nəfərdir. Nəqliyyat vasitəsinin uzunluğu 12 metrdən bir qədər çox,
eni 2 metr yarım, hündürlüyü isə 3 metrdən artıqdır.
Avtobusların
fəaliyyətini təmin edəcək 100 şarj cihazı “Luobinsen” şirkətinin istehsalıdır.
Cihazların yükləyici gücü 320kW təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik,
cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir.
Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək.
Eyni zamanda,
diqqətə çatdırıldı ki, elektrik mühərrikli “LEVC TX5” markalı plug-in hibrid
taksilər İngiltərə növü olub Çin istehsalıdır. “Avro-6” standartlarına uyğun həmin
avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki
ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək
imkanına malikdir. Avtomobil həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət
təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz
olunub.
Avtobus
parkında həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət
və texniki sahələr fəaliyyət göstərəcək. Marşrutların Monitorinq Mərkəzi isə
avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli
şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat
xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki,
hazırda karbon emissiyasının azaldılması qlobal hədəfə çevrilib. Azərbaycan da
bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirib. Yaşıl texnologiyalardan
istifadə bu istiqamətdə atılan addımlardandır. “Eko bus” layihəsi isə yaşıl
texnologiyalardan istifadənin genişləndirilməsi məqsədi daşıyır.
***
10.08
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti
ilə tanış olub.
TodayPress xəbər verir ki, dövlət
başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli
“BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat
vasitələri təqdim edilib.
tag: Azərbaycan, İlham Əliyev, Bakı, Zığ, Çin, BYD, todaypress.az,