İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO - YENİLƏNDİ
Daxili siyasət
12.12.2024 12:59
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.
TodayPress xəbər verir ki, dekabrın 12-də Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil
qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla andılar, məzarı üzərinə
gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor
Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri
düzülüb.
tag: İlham Əliyev,Mehriban Əliyeva,Ümummilli Lider Heydər Əliyev,Fəxri xiyaban,todaypress.az,