İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər - YENİLƏNDİ 3
Mayın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam
Mərkəzinin açılışında iştirak ediblər.
TodayPress xəbər verir ki, mədəniyyət naziri Adil
Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə
məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı
yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o
cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15
dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq
amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin
işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama
sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində
dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun
təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq
əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki,
Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin
şah əsərləri” siyahısına salınıb.
Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident
İlham Əliyevin
çıxışı
-Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin
tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin
açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm.
Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki,
rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün,
hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki,
böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına,
dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun
1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf
yoluna qədəm qoydu. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox
yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə
özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə,
torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici
dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami
ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə - daxili çəkişmələr,
müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın
tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan
bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.
Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir.
Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan
dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə
yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi,
bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı,
biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar
idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan
verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün
ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə
nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar
atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.
Əlbəttə, həyat yerində durmur. Son 22 il ərzində dünyada
və ölkəmizdə bir çox hadisələr baş vermişdir. Ancaq strateji xətt Ulu Öndər
tərəfindən müəyyən edildi və biz o xətdən bir addım kənara atmadıq. Bu gün azad
Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ
dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım
ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu
görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri
aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün
şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər
bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda
hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə
zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər
sifəti açıq-aydın görünür.
Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid
törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal
altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi
xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara
verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq
müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq,
sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu
amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da
gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan
xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan
bağlılığımız.
İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs
azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda
birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün
cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir
qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz
açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək
verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ
bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü
yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm
qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının
nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq
və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox
amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə
danışmışıq, fikirlərimizi bölüşmüşük.
Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi
iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil
- milli ruhda tərbiyə olunan gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin,
müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi.
Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim
Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı
onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və
tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə
üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər
gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün
şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa
kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız
tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu,
bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz
tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki,
Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr,
qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq
və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün
hesablaşmayan sabah peşman olur.
Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam
Mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük
hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun
mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və
2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə
görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər
Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta
hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr
onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür
yaradılmışdı. İndi onlar peşmandırlar. O gündən iki il sonra Vətən müharibəsi
başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan
kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük
hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da,
ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində
Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə
görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə
qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə
salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il
sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində
qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq
tarixin zibilxanasına göndərildi.
Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və
bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının
açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək
üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun
bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki
il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi,
artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan
yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən
yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki,
maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz
də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə
birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki,
Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq.
Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm
insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o
yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır.
Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi
abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi.
İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa
edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su
anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə
başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna
aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm
hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu,
yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz
öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar
həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün
burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini
göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam
bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki,
belə də olacaq.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm
Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün
nailiyyətlər və gələcək nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib
xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların
sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu
torpaqlarda əbədi yaşayacağıq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!
x x x
Daha sonra Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert
proqramına baxıblar.
X X X
Konsertdən sonra dövlətimizin başçısı və birinci xanım
incəsənət ustaları və müharibə veteranları ilə söhbət etdilər.
Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva:
Bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma
Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz
çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu
şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə. Var olun hamınız. Sağ
olun.
Prezident
İlham Əliyev: Sağ olun.
Bəyimxanım
Cavanşirova-Verdiyeva: Allah Sizi var eləsin.
Prezident
İlham Əliyev: Sizi bir daha təbrik edirəm, həmişə
toy-bayram olsun Qarabağda, Azərbaycanın hər bir guşəsində.
Bəyimxanım
Cavanşirova-Verdiyeva: Amin. Xalqa ruh verən Sizsiniz. Allah
Sizi var eləsin.
Prezident
İlham Əliyev: Qəhrəmanlarımız da bizimlə
bərabərdirlər. Onları alqışlayaq.
Birinci
Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu: Cənab Prezident,
Siz bu millətə sahib çıxdınız. Mən özüm Birinci Qarabağ müharibəsinin
qazisiyəm. Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib çıxdınız. Sizinlə fəxr
edirik. Allah Sizi qorusun. Allah Sizi var eləsin.
Xalq
artisti Ramiz Quliyev: Möhtərəm cənab Prezident, əzizimiz, çox
gözəl xanım, canımız, ciyərimiz. Siz bizə gözəl bir gün bəxş etdiniz. Cənab
Prezident, gözəl bir gündür. Ulu Öndərin 102-ci ildönümü günüdür, ruhu şad
olsun. Yüz illər ötsə də Ulu Öndərin xatirəsi yaşayacaq. Necə ki, Qarabağı bu
cür düzəltdiniz, yüz illər gəlib gedəcək, dünyanın bütün ölkələri Sizdən nümunə
götürəcək, bu gün də götürür. Muğam da var, xalqımız da var, Siz də varsınız.
Sizi bağrıma basıram. Çox sağ olun, var olun.
Prezident
İlham Əliyev: Sağ olun.
Qazi
Qəhrəman Hüseynov: Cənab Prezident, ömrümün bu çağında
Allaha yalvarmışam ki, Sizinlə görüşə bilim. Bir dəqiqə Sizinlə görüşərdim.
Prezident
İlham Əliyev: Gəl, gəl görüşək.
Qazi
Qəhrəman Hüseynov: Şükür İlahi. Mehriban xanım, xoş
gördük. Gecələr Allaha yalvarırdım, ay Allah, Prezidentimlə görüşüm.
Ağır gündə zireh geyən,
Düşmənlərin qəddin əyən,
El yığılıb alqışlayan
Rəhbərimə salam olsun!
Zəfərlərə meydan quran,
Keşiyində məğrur duran,
Yağı başa yumruq vuran
Rəhbərimə salam olsun!
Heydər baba dərsin alan,
Yağıları lərzəyə salan,
Qalib yazıb, qalib olan
Rəhbərimə salam olsun!
Əməlləri işıq saçan,
Səmasında qartal uçan,
Turanlara yollar açan
Rəhbərimə salam olsun!
Qəhrəmanlar vüqarından,
Ağdamlılar baharından,
Şəhidlərin diyarından
Rəhbərimə salam olsun!
Prezident
İlham Əliyev: Çox sağ olun.
Sevinc
Alızadə: Cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm. Mən
şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıyam, həm də “Zəfər”
təşkilatının sədriyəm.
Prezident
İlham Əliyev: Tanıyıram. Allah rəhmət eləsin.
Sevinc
Alızadə: Mehriban xanım həmişə bizə dəstək olub.
***
18:11
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
TodayPress xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.
Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür.
Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür.
Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi.
Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə - daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.
Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı.
Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın.
Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir. Əlbəttə, həyat yerində durmur. Son 22 il ərzində dünyada və ölkəmizdə bir çox hadisələr baş vermişdir. Ancaq strateji xətt Ulu Öndər tərəfindən müəyyən edildi və biz o xətdən bir addım kənara atmadıq.
Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir.
Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür. Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi.
Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq.
Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız.
İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır.
Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir.
Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq.
Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir.
Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur.
Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu.
Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar.
O gündən iki il sonra Vətən müharibəsi başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib.
Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq.
Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi.
Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var.
Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var.
Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq. Ağdam-Bərdə avtomobil yolu.
İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib.
İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir.
Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər.
İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün nailiyyətlər və gələcək nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq.
Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!
x x x
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
***
16:11
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
TodayPress xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb.
Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.
Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir.
Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
***
12:58
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
TodayPress xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
tag: Prezident,İlham Əliyev,Birinci xanım,Mehriban Əliyeva,Todaypress.az,





