İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım etdi
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan
bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.
TodayPress xəbər verir ki, dövlət başçısının
paylaşımında deyilir:
“Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif
guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır,
ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah
orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.
tag: Prezident, İlham Əliyev, Ramazan, Bayram, todaypress.az,