İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
İndi dünyada müharibələr,
qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə,
informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.
TodayPress xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa
olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı
söyləyib.
Dövlətimizin
başçısı qeyd edib: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli
maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə
aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi
uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün
dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son
tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya
müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim
tərəfindən qazanılmayıb”.
tag: Prezident, İlham Əliyev, Suqovuşan, Yaşayış Kompleksi, Qarabağ, todaypress.az,