İlham Əliyev: Biz istənilən sanksiyaların qəti şəkildə əleyhinə çıxış edirik
Daxili siyasət
08.10.2024 22:10
Sanksiya siyasətinin,
ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni
olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə.
TodayPress xəbər verir ki, bu
sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1”
telekanalına müsahibəsində deyib.
Dövlətimizin
başçısı vurğulayıb: “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə
qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada
bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil,
tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.
tag: Prezident, İlham Əliyev, Prezident,Sanksiya,todaypress.az,