İlham Əliyev Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ - FOTO
Daxili siyasət
01.11.2024 11:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
TodayPress
xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
dövlətimizin başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə
birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı
Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə
görülmüş işlər barədə məlumat verdi.
Bildirildi
ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv
edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları
yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb
və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi
sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş
200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb,
müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına
cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4
enerjidoldurma məntəqəsi quraşdırılıb.
Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin yüksək diqqət
və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda
abadlıq-quruculuq işləri geniş vüsət alıb.
Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım
ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər
sırasındadır. Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn
çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də
şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən
tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir. COP29-a ev sahibliyi
edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
görülən abadlıq və yenidənqurma işləri də ətraf mühitin sağlamlaşdırılmasına
mühüm töhfə verir, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə
çevirir.
***
10.24
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının
və metronun 28 May stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma
işlərindən sonra yaradılan şəraitlə tanış olub.
TodayPress
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident, İlham Əliyev,28 May Stansiyası,Dəmiryol Vağzalı, todaypress.az,